KRİMİNAL 20 XƏBƏR

Rusiyada qətl törədən azərbaycanlı Şahin Abbasovun dindirilməsinin VİDEOSU yayımlandı

Xəbər verdiyimiz kimi, Rusiyada federal axtarışa verilən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasovu saxlanılıb.

Saxlanılan Abbasovun dindirilməsinin videosu yayımlanıb.

32gun.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında dayanacaqda qətl törətməkdə şübhəli bilinən şəxsi paylaşıb. 

Onun sözlərinə görə, video Rostov vilayətində polis tərəfindən lentə alınıb.

“Kadrlarda aprelin 17-də Moskvanın Lyublino rayonunda gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb”, - deyə Volk bildirib.

Daxili İşlər Nazirliyinin əməkdaşları həmin şəxsdən özünü təqdim etməyi, yaşayış yerinin adını çəkməyi, həmçinin saxlanmasının səbəbini izah etməyi xahiş edirlər. Bundan əlavə, videoda iş üzrə təqsirləndirilən şəxslərin qaçmağa cəhd göstərdiyi avtomobil də əks olunub.

Xatırladaq ki, moskvalı Kirill Kovalevin qətlində şübhəli bilinən 21 yaşlı Şahin Abbasov Rostov vilayətində saxlanılıb. Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək. Onun mənzilindən 44 milyon rubl və 300 min dollar nağd pul tapılıb. İş üzrə 3 nəfər saxlanılıb -  Qətli törədən şəxsin atası, dayısı və tanışı...

 Şotun sözlərinə görə, Abbasovlar ailəsi bizneslə - Wildberries-də ayaqqabı satışı ilə məşğuldur.

Ayxan 

Loading...

Oxşar Xəbərlər