İDMAN 20 XƏBƏR

 "Mançester Siti" ərəblərlə anlaşacağı deyilən ulduz futbolçunun müqaviləsini uzatdı

 "Mançester Siti" Səudiyyə Ərəbistanı liqasının klubları ilə adı hallanan portuqaliyalı ulduz Bernardo Silva ilə müqaviləni yeniləyib.

32gun.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. 

Klubdan verilən açıqlamada 29 yaşlı futbolçu ilə 2026-cı ilə qədər davam edəcək yeni müqavilənin imzalandığı qeyd edilib.

Xatırladaq ki, Mançester komandası ilə indiyədək 308 oyun keçirən və 55 qol vuran Silva 5 Premyer Liqa, 4 Liqa Kuboku, 2 Federasiya Kuboku və bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Ayxan

Bernardo Silva Manchester City 2026

Loading...

Oxşar Xəbərlər