İDMAN

“Qarabağ” AL-nın qrup mərhələsinə adladı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

32gun.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda cavab matçına çıxıb.

Ağdam klubu evdə “Olimpiya” ilə üz-üzə gəlib. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynamaq üçün üstünlüyünü qoruyub.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edib. Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Avropa Liqası

Pley-off, cavab oyunu


31 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollarr: Toral Bayramov, 24 (pen.) - Kosta Pinto, 34
Baş hakim: Alexandro Ernandes (İspaniya)

Loading...

Oxşar Xəbərlər