DİGƏR 20 XƏBƏR

Katolik Kilsəsində cinsi istismar qalmaqalı: İstefalar davam edir

İsveçrə Katolik Kilsəsində 20-ci əsrin ortalarından bu günə qədər 1002 cinsi zorakılıq hadisəsi aşkar edildikdən sonra, iddialarda adı keçən Lozanna, Cenevrə və Friborq yeparxiyalarının baş vikarı Bernard Sonney vəzifəsindən getməyə qərar verənlərdən biri olub.

32gun.az bildirir ki, bu barə Yeparxiyadan məlumat verilib.

Verilən məlumata görə, Sonney istintaqı tamamlanana qədər vəzifəsindən getməyə qərar verib.

Bildirilir ki, o “istintaqlara mane olmamaq üçün” müvəqqəti olaraq vəzifəsindən ayrılıb.

Yeparxiya, iddialarda adı keçən Nevşatel şəhərinindəki bir keşişin də vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Məlumatda xatırladılır ki, İddialarda adı keçən Sen-Moris regional monastırının abbatı Jan Sezar Skarsela sentyabr ayında tutduğu vəzifədən istefa verib. Katolik Kilsəsinə bağlı İsveçrə Yepiskoplar Konfransı tərəfindən təyin edilən Sürix Universitetinin tədqiqatçıları kilsə tərəfindən toplanan və 1950-ci illərdən bəri nəşr olunan gizli sənədləri araşdırıblar. Təxminən bir illik işdən sonra tədqiqatçılar müəyyən ediblər ki, 20-ci əsrin ortalarından bəri İsveçrə Katolik Kilsəsində 1002 cinsi istismar hadisəsi olub.

 

Tədqiqat, demək olar ki, bütün cinsi zorakılığın yetkin kişilər tərəfindən edildiyini üeyd edilib. Həmçinin bu hadisələrin dörddə üçünün yetkinlik yaşına çatmayanlara aid olduğu və cinsi zorakılıq hallarının 30 faizinin məktəblərdə və evlərdə baş verdiyi ortaya çıxıb. Araşdırmanı aparan Prof. Monika Dommann və Prof. Marietta Meier öz açıqlamalarında "aşkar edilən halların aysberqin görünən hissəsi olduğunu" vurğulayıb.

Ayxan

star_border

 

 

 

 

Loading...

Oxşar Xəbərlər