İDMAN 20 XƏBƏR

Acun Ilıcalı "Fənərbaxça"da dördüncü transferini reallaşdırır - FOTO

Acun Ilıcalının sahibi olduğu "Hall Siti" ingilis futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, "Fənərbağça"da çıxış etmək imkanı tapa bilməyən 27 yaşlı ingilis futbolçu Ryan Kent üçün fasilədə rəsmi təklif göndəriləcək.

Ölkəsinə qayıtmaq arzusunda olan Rayan Kent “Fənərbağça”nın qərarını gözləyir. Artıq "Hall Siti"nin icarə təklifini qəbul edən ulduz futbolçu üçün icarə haqqı ödənilməyəcək.
Acun Ilıcalının sahibi olduğu "Hall Siti" daha əvvəl "Fənərbağça"dan Ozan Tufan, Allahyar Səyyadmaneş və Bora Aydınlığı (icarə) heyətinə qatmışdı.

Ayxan

Loading...

Oxşar Xəbərlər