İDMAN

Almaniyada “Heydər Əliyev” kuboku keçirilir - Adil Əliyev azarkeşləri dəvət etdi

Milli Məclisin vitse-spikeri, Azərbaycan Kikboks Federasiyasının fəxri rəhbəri Adil Əliyev azərbaycanlı azarkeşlərə müraciət edib.

32gun.az xəbər verir ki, vitse-spiker  Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə idmançılarımıza dəstək olmağa çağırıb.

"Əziz dostlar, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Kikboksinq üzrə "Heydər Əliyev Kuboku"nun 10-cu yarışı Almaniyanın paytaxtı Berlin şəhərində 9 dekabr saat 17:00-da keçiriləcəkdir.

Kubokun açılışı və yarışlar Chausseestraße 30 ünvanında yerləşən Titanik Hoteldə baş tutacaq. Azərbaycan və Almaniyadan olan idmançıların iştirakı ilə təşkil olunacaq beynəlxalq yarışın tərəfdaşı olaraq Dünya Kikboksinq Təşkilatları Assosiyası çıxış edir (WAKO). Hər birinizi tədbirə və idmançılarımıza dəstək olmağa dəvət edirəm"- deyə A.Əliyev  "facebook"dakı paylaşımında qeyd edib.     
 

Loading...

Oxşar Xəbərlər