İDMAN 20 XƏBƏR

“Qiymətlər qalxır, amma maaş yoxdur” - Tanınmış futbolçu

Sankt-Peterburqun "Zenit" futbol klubunun müdafiəçisi Danil Kruqovoy çörəyin bahalaşmasına diqqət çəkərək ərzaq məhsullarının bahalaşmasından danışıb.

32gun.az xəbər verir ki, o, fikirlərini yerli media ilə bölüşüb.

25 yaşlı futbolçunun sözlərinə görə, hər şey bahalaşır.

O qeyd etdi ki, çörəyin "artıq 100 rubla başa gəlir, baxmayaraq ki, əvvəllər onu 20 rubla ala bilərdin".
Yumurtanın bahalaşmasından danışan "Zenit"in futbolçusu uzun müddətdir ki, qızardılmış yumurta yemədiyini və prinsipcə, bu məhsulun nə qədər bahalaşdığını deyə bilməyəcəyini bildirib.

Kruqovoy əlavə edib ki, bütün insanlar kimi futbolçular da bahalaşmanı hiss edirlər. Qiymətlər yüksəlir, amma maaşlar artmır, oyunçu yekunlaşdırıb.

Nilay

 

Loading...

Oxşar Xəbərlər