İDMAN 20 XƏBƏR

Son dəqiqə: Müdafiə Nazirliyində çalışan tanınmış idmançılar axtarışa verildi - ÖLKƏDƏN QAÇIB

Rusiyalı qılıncoynadanlar Sergey Bida və həyat yoldaşı Violetta Bida axtarışa verilib.

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Onların axtarışa verildiyi ittihamların təfərrüatları idarənin dosyesində göstərilmir.

Sergey Bida Tokioda keçirilən Olimpiya Oyunlarının komanda turnirinin gümüş mükafatçısı olub. 2019-cu ildə Dünya və Avropa Çempionatlarında komanda yarışlarının iştirakçısı olan həyat yoldaşı Violetta (qızlıq soyadı - Xrapina) ilə birlikdə ABŞ-a köçüb və hazırda Kaliforniyada yaşayırlar. Hazırda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti qılıncoynadanların axtarışa verilməsinin əsasları ilə bağlı heç bir izahat verməyib. Getməzdən əvvəl Sergey Bida "Dinamo" idman cəmiyyətinin üzvü olu  və Rusiya Qvardiyasının giziri rütbəsinə sahib olub, Violetta Bida isə Müdafiə Nazirliyində xidmət göstərib və CSKA-nı təmsil edib.

Məlumatda həmçinin qeyd olunub:

"İyunun əvvəlində məlum oldu ki, Sergey Bida, Konstantin Loxanov (dördqat yeniyetmələr arasında dünya çempionu və 2020-ci il Olimpiya Oyunlarının iştirakçısı ) və Oleq Knış ABŞ-da çıxış etmək üçün icazə alıblar. Qəbul üçün meyarlardan biri idmançıların Ukraynadakı hərbi əməliyyatlarla razılaşmaması idi". 

Ayxan 

Loading...

Oxşar Xəbərlər