İDMAN

“ProSport Winter Cup” yarışının qalibləri mükafatlandırıldı

“ProSport” gimnastika klubu 2023-cü ilin yekun yarışını keçirib.

32gun.az xəbər verir ki, klubun təsisçiləri, beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli ilə Samirə Səlimzadə təşkilatçılığı ilə baş tutan "ProSport Winter Cup" çempionatına bölgələrdən, Gənc Şəhərindən və paytaxtdakı digər klublardan 100-dən çox idmançı qatılıb.

Bundan əlavə yeniyetmə akrobatlar da öz məharətlərini göstərib.

Ənənəvi hal alan yarışla bağlı L.Hüseynli bu fikirləri səsləndirib:

“Ölkənin I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban xanım Əliyevanın sayəsində gimnastika inkişaf edir. Həmçinin gimnastikaya olan maraq hər gün daha da artır. Bunun aydın şəkildə şahidi edirik.

Bizim də öz növbəmizdə belə yarışları keçirməklə məqsədimiz uşaq, yeniyetmə və gənclərdə gimnastikaya sevgini aşılamaqdır.
Gimnastika və akrobatika ilk növbədə uşaqlarda həm özgüvəni artırır, həm də qamətlərini düzgün saxlamağı öyrədir.
Cənab prezident İlham Əliyev də çıxışlarının birində “Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır” deyə vurğulamışdır.

Biz də öz növbəmizdə gənc və yeniyetmə gimnastlar üçün əlimizdən gələni əsirgəməməyə çalışırıq".

Ayxan

Loading...

Oxşar Xəbərlər