İDMAN 20 XƏBƏR

Son dəqiqə! MMA döyüşçüsü Zeynalov 10-cu mərtəbədən yıxıldı

Rostovda MMA döyüşçüsü Maqomed (Venom) Zaynalov 10-cu mərtəbənin pəncərəsindən yıxılıb.  Xoşbəxtlikdən o sağ qalıb.

32gun.az bildirir ki, hadisə barədə onun həmkarı Eduard Kuzminov məlumat verib. O, sosial şəbəkələrdə baş verənlərdən səhər saatlarında xəbər tutduğunu bildirən video yayımlayıb. Döyüşçülər arasında döyüş fevralın 2-nə planlaşdırılıb. Kuzminov qeyd edib ki, döyüşdə qələbə üçün dua edib, lakin indi Venomun yıxıldıqdan sonra sağalması üçün dua edir.

Bəzi məlumatlara görə, 24 yaşlı idmançı evdə və ayıq olub. O, eyvana atılan, sonra isə kanalizasiyaya keçən pişiyi xilas etməyə çalışıb. Zeynalov pişiyi tutmaq istəyərkən müvazinətini itirib.

Menecerin sözlərinə görə, döyüşçüyə ayaq və çanaq sümüyü sınığı diaqnozu qoyulub. O, hazırda reanimasiya şöbəsində huşsuz vəziyyətdədir. 
Hamı gözləyir ki, Zeynalov ayılsın və baş verənlərlə bağlı ətraflı məlunat versin.

Ayxan

Loading...

Oxşar Xəbərlər