İDMAN 20 XƏBƏR

Almaniya millisinin sabiq futbolçusu Rusiyada işləmək istəyir

Moskva "Dinamo"sunun və Almaniya millisinin sabiq hücumçusu Kevin Kuranyi açıqlaması diqqət çəkib.

32gun.az xəbər verir ki, futbolçu ağ-göylü strukturda çalışmaq istədiyini bildirib.

“Məni Rusiyaya işləməyə dəvət ediblər? Hələ zəng etməyiblər. Düşünürəm ki, sizin üçün işləməyi mütləq düşünəcəm. Dinamoda? Təbii ki, doğma klubumda çalışmaq istərdim”, - deyə Kuranyi bildirib.

Kuranyi 2010-2015-ci illərdə "Dinamo"da çıxış edib. 2016-cı ildə futbolçu Almaniyanın "Hoffenhaym" klubunda çıxış edərək karyerasını başa vurub.

Rusiya Premyer Liqasının 18 turundan sonra "Dinamo" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandanın 32 xalı var və çempionatın lideri Krasnodardan 6 xal geri qalır. 2024-cü ilin martında ölkə çempionatının bərpasından sonra “Dinamo” ilk oyununu doğma stadionunda Moskvanın “Lokomotiv”inə qarşı keçirəcək.

İkinci yeri 36 xalla Sankt-Peterburqun "Zenit"i tutur.

Ayxan

Loading...

Oxşar Xəbərlər