İDMAN 20 XƏBƏR

Fransız biatlonçuları SSRİ yığmasının rekordunu təkrarladılar

Fransalı biatlonçular dünya çempionatında SSRİ yığmasının rekordunu təkrarlayıblar.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, Fransız biatlonçuları Biatlon üzrə Dünya Çempionatında sprintdə dörd birinci yeri qazanıblar.

Belə bir nailiyyəti yalnız 1984-cü il dünya çempionatında fərdi yarışda dörd birinci yeri qazanan SSRİ biatlonçuları əldə ediblər.

Birinci yeri fransalı Julia Simon tutub. Justine Brezat-Boucher ikinci yerdədir. Lou Jeanmonneau bürünc medal qazanıb. Dördüncü yerdə Sofi Şovodur.

Rusiya və Belarus idmançıları 2022-ci ilin martından Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyata görə beynəlxalq yarışlardan kənarlaşdırılıblar .
Rusların və belarusların hər hansı beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərar BOK-un Beynəlxalq Olimpiya Komitəsinin verdiyi tövsiyələrə uyğun olaraq qəbul edilib -.

2022-ci ilin yazında Beynəlxalq Biatlon İttifaqı (IBU) Belarus və Rusiya biatlonçularını Dünya Kuboku və IBU mərhələlərinə yalnız neytral idmançı kimi qəbul etmək qərarını açıqladı. Nəticədə ruslar 2021/22 mövsümünün sonunda yarışı buraxmaq qərarına gəliblər.

2022-ci ilin sentyabrında təşkilat onların fəaliyyətini qeyri-müəyyən müddətə uzadıb. Biatlonçular üçün son yarış Pekində keçirilən Olimpiya Oyunları  olub.

Ayxan 

Loading...

Oxşar Xəbərlər