İDMAN 20 XƏBƏR

Rusiyalı üzgüçü dopinqə görə 5 il cəza aldı

Rusiya üzgüçülük üzrə çempionatlarının dəfələrlə mükafatçısı İqor Qolovin dopinqə görə 5 illik diskvalifikasiya alıb.

32gun.az xəvər verir ki, RİA Novosti Rusiya Antidopinq Agentliyinin (RUSADA) məlumat bazasına istinadən xəbər verib.

Diskvalifikasiya üçün geri sayma tarixi 19 yanvar 2024-cü il hesab olunur, idmançı Ümumrusiya Antidopinq Qaydalarının 4.1 və 4.2-ci bəndlərini pozmaqda təqsirli bilinir.

34 yaşlı Qolovin 2014-cü ildə Rusiya çempionatında 50 metr məsafəyə yarışın bürünc mükafatçısıdır. 50 metr məsafəyə qısa kursda idmançı sonuncu dəfə 2019-cu ildə podiuma çıxıb.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK-un İcraiyyə Komitəsinin 28 mart 2023-cü il tarixli iclasında idmançıların hərbi əməliyyatların dəstəklənməsində fəal iştirak etmədiyi təqdirdə ruslara neytral statusun verilməsi tövsiyə olunub.
Ayxan

Loading...

Oxşar Xəbərlər