İDMAN 20 XƏBƏR

Fanatların boykotu səbəbiylə xarici investorlar ideyasından imtina etdilər

Almaniya Futbol Liqası (DFL) rəsmi saytında aktiv azarkeşlərin etirazına görə üçüncü tərəf investorlarını dəvət etməkdən imtina etdiyini açıqladığı bəyanat yayıb .

32gun.az bildirir ki, qurumun sədri Hans-Yoakim Uatzkenin sözlərinə görə, azarkeşlərin kəskin mənfi münasibəti səbəbindən xarici investisiyaların inteqrasiyası prosesi dayandırılacaq.

“Baş verənləri nəzərə alsaq, prosesin uğurla davam etdirilməsi artıq mümkün görünmür. Böyük əksəriyyət inkişaf üçün strateji tərəfdaşlığın zəruriliyini dəstəkləsə də, proses iştirakçıları arasında yaranan mübahisələr matçların keçirilməsini təhlükə altına qoyur”, - deyə Uatzke bildirib.

2024-cü ilin fevralında birinci və ikinci Bundesliqanın bir neçə oyunu tüstü bombaları olan təyyarələri və radio ilə idarə olunan avtomobilləri işə salan, meydançalara tennis topları atan və qapı torlarına qıfıllar bağlayan azarkeşlərin hərəkətləri səbəbindən yarımçıq qalıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər