İDMAN 20 XƏBƏR

Azarkeş stadionda hündürlükdən yıxıldı

“Lids” azarkeşi komandasının Londonun “Çelsi”yə vurduğu qolu qeyd edərkən Stamford Bric stadionunun səfər bölümünün  yuxarı hissəsindən yıxılıb.

32gun.az “Daily Mail”ə istinadən xəbər verir ki, azarkeş yaxınlıqdakı xəstəxanaya aparılıb.

Xatırladaq ki, İngiltərə kubokunun 1/8 mərhələsi çərçivəsində baş tutan görüş 3:2 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb. Qaliblər arasında Nikolas Cekson , Mixail Mudrik və Konor Qallager dəqiq zərbələrə imza atıblar. Mateo Cozef Lids üçün iki qol vurub.

Ayxan

Loading...

Oxşar Xəbərlər