İDMAN 20 XƏBƏR

Futbolçu Dubayda saxlanılıb

Moskva “Spartak”ının futbolçusu Quincy Promes Dubay Əl-Maktum hava limanında sərhəd nəzarətində saxlanılıb və bir neçə saatdır ki, polis şöbəsindədir.

32gun.az bildirir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb .

Hollandiyalı "qırmızı-ağ"ların düşərgəsində olduğu BƏƏ -dən uça bilməyib  . Fevralın 29-da komanda Sankt-Peterburqa uçmalı idi  . Promesdən başqa hamı təyyarəyə buraxılıb. “Baza”ya görə, komandanın təhlükəsizlik işçiləri onun yanında qalıb. Saxlanmanın səbəbi hələlik məlum deyil.

Xatırladılır ki, Fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Fevralın 16-da hollandiyalı beynəlxalq axtarışa verilib.

Promes 2021-ci ilin fevralından "Spartak"da oynayır. Bu, onun ikinci dəfədir ki, komandaya qoşulur. O, 2014-2018-ci illərdə “qırmızı-ağlar”da çıxış edib. 2016/17 mövsümündə hollandiyalı komandanın tərkibində Rusiya çempionu olub .

Martın 2-də Rusiya Premyer Liqasının (RPL) 19-cu turu çərçivəsində “Spartak” səfərdə “Zenit”lə qarşılaşacaq.

Nilay

Loading...

Oxşar Xəbərlər