İDMAN 20 XƏBƏR

Rusiyalı döyüşçü One FC-nin üçqat çempionu oldu

Rusiyalı qarışıq stil (MMA) döyüşçüsü Anatoli Malıxin Qətərdə keçirilən ONE 166 turnirində titul uğrunda döyüşdə  hollandiyalı Rainier de Ridderi məğlub edib  .

32gun.az xəbər verir ki, orta çəkidə döyüş Malıxinin üçüncü raundda qalib gəlməsi ilə başa çatıb.

 De Ridder mübarizəni davam etdirməkdən imtina edib.

Bu döyüşçülər üçün ikinci görüş idi  - ilk döyüş 2022-ci ilin sonunda baş tutdu və ilk raundda Malıxinin texniki nokautla qələbəsi ilə başa çatıb.

36 yaşlı rusiyalı həm də ağır və yüngül çəki dərəcələrində titullara malikdir və One FC üzrə üçqat çempiondur.

Malıxin 120 kq çəki dərəcəsində sərbəst güləş üzrə 2013-cü ildə Rusiya çempionatının bürünc mükafatçısıdır .

2019-cu ildə o, peşəkar MMA-da debüt etdi. Ümumilikdə, bu müddət ərzində o, 14 döyüş keçirib və bunların hamısı onun qələbəsi ilə yekunlaşıb. De Ridder 16 qələbədən sonra karyerasında ikinci məğlubiyyətini alıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər