İDMAN 20 XƏBƏR

Ronaldo Mbappenin "Qızıl top"u qazanacağına inanır

"Real Madrid"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo fransalı PSJ-nin hücumçusu Kilian Mbappenin Los Blancos ilə müqavilə bağlayacağı təqdirdə "Qızıl top"u qazanacağına inanır.

32gun.az bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib.

“Düşünürəm ki, o, "Real Madrid"ə getsə, çox yaxşı seçim edəcək. Bundan sonra o, nəhayət ki, "Qızıl top"u ala bilər", - Ronaldo bildirib.

Mbappe hələ də "Real Madrid"lə müqavilə imzalamayıb və hələ də şəxsi şərtlərlə danışıqlar aparır. PSJ, oyunçunun yeni komandadakı imza bonusunun bir hissəsindən imtina etməsini istəyir. Çünki o, kluba pulsuz getməyəcəyinə söz vermişdi.

Eyni zamanda, forvard PSJ-dən ona verilən 80 milyon avro məbləğində loyallıq bonusundan imtina etməyə artıq razılaşıb.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Ayxan

Loading...

Oxşar Xəbərlər