İDMAN 20 XƏBƏR

İrakli Kvekveskiri Gürcüstan millisində olmamasını izah edib

"Fakel” klubunun kapitanı kimi tanınan İrakli Kvekveskiri Avro-2024-ün seçmə mərhələsinin pley-off oyunlarında Gürcüstan millisinin heyətində iştirakla bağlı fikirlərini bölüşüb.

32gun.az bildirir ki, İdmançının sözlərinə görə, məşqçilər korpusu futbolçunu ciddi qəbul etmədiyi üçün milliyə dəvət ümidini kəsib.

"Məni milli komandaya çağırmayacaqlar. Mənə heç vaxt əhəmiyyət vermədilər. Heç vaxt. Bu o deməkdir ki, onlar mənim gürcü olduğumu düşünmürlər. Ola bilər. Bu onların haqqıdır, mən bununla çoxdan barışmışam. Mən onlara qarşı kin saxlamıram, bu, sadəcə olaraq xoşagəlməzdir”, - deyə İrakli idman nəşrlərindən birinə açıqlamasında deyib.

Ayxan

Loading...

Oxşar Xəbərlər