DÜNYA 20 XƏBƏR

Lavrov Donbasa səfər etmək niyyətində olduğunu açıqlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donbasa səfər etmək niyyətində olduğunu bildirib.

32gun.az bildirir ki, o bu barədə Solovyov Live” telekanalına müsahibəsində məlumat verib.

"Mən ora gedirəm" deyə o qeyd edib.

Nazir xatırladıb ki,  Donetsk və Luqanskda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəlikləri açılıb:

"Onlar bir az sonra Zaporojye və Xerson bölgələrində yaradılacaq".

Diplomatın qeyd edib  ki, o, Xarici İşlər Nazirliyinin Donetsk və Luqanskdakı nümayəndəliklərinin əməkdaşları ilə görüşmək istəyir ki, onların nəyə ehtiyacı var.

O, əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi, xarici qurumlar, bölmələr və Rusiya Xarici İşlər Nazirliyinin nəzdindəki GlavUpDK humanitar yardım göstərir.

“Biz rəy alırıq. Cəbhənin oğlanları təbriklə videolar göndərirlər”, - deyə nazir yekunlaşdırıb.
Ayxan

Loading...

Oxşar Xəbərlər