DÜNYA 20 XƏBƏR

Xəstəni təpikləyən təcili yardım işçiləri işdən qovuldu -FOTO

Volqoqradda xəstəni təpikləyən təcili yardım işçiləri ilə müqaviləyə xitam verilib.

32gun.az Rusiya KOV-nə istinadən bildiriri ki, qalmaqallı vəziyyətlə bağlı daxili auditdən sonra Volqoqradda təcili yardım işçilərinin işdən çıxarılması barədə regional səhiyyə komitəsi məlumat yayıb.

Bundan əvvəl sosial şəbəkələrdə və mediada təcili tibbi yardım əməkdaşlarının yatmış adamı skamyadan qovduğu video yayılıb.Şahidlər yaşayış binasının yaxınlığındakı skamyada uzanmış Volqoqrad sakinini çağıran təcili yardım briqadasının gəlişini mobil telefonun kamerasına çəkiblər. Ev sakinləri vətəndaşın vəziyyətindən narahat olaraq təcili yardım çağırmaq qərarına gəliblər. Gələn həkimlər - bir qız və iki kişi - bir müddət xəstəyə fikirli şəkildə baxdılar, sonra onu skamyadan əvvəllər döşənmiş xüsusi materialın üzərinə itələdilər. Kişi yıxılarkən başını asfalta dəyib, bundan sonra onda həyat əlamətləri görünməyə başlayıb. Həkimlər yerdə uzanmış xəstəni təpikləməyə başlayıblar.

Bu faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsində istintaqa qədərki yoxlama təşkil edilib. Həkimlərin işlədiyi tibb müəssisəsində də daxili yoxlama aparılıb. Həmin işçilərlə bağlı rəhbərlik qərarları qəbul edilib, onlarla əmək müqaviləsinə xitam verilib. Məlumatda bildirilir ki, tibb təşkilatı işçilərin bu cür davranışının yolverilməz olduğunu qeyd edib.

Bundan əlavə, tibbi etika məsələləri ilə bağlı təcili tibbi yardım stansiyasının əməkdaşları ilə izahat işlərinin aparıldığı məlum olub

Ayxan

Loading...

Oxşar Xəbərlər