İDMAN 20 XƏBƏR

ÇSKA-nın əfsanəsi "Spartak"ın qapıçılarını tənqid edib

Moskva “Spartak”ının qapıçısı Aleksandr Maksimenkonu Rusiya futbol yığmasının olduğu yerə çağırmasının səbəbini anlamadığını bildirib .

32gun.az bildirir ki, bu barədə 

ÇSKA-nın sabiq qapıçı məşqçisi Vyaçeslav Çanov “Leqalbet”ə müsahibəsində deyib.

Onun fikrincə, 25 yaşlı qolkiper əsas komandanın səviyyəsinə uyğun gəlmir.

“Maksimenkonun milliyə çağırılması məni təəccübləndirdi, düzünü desəm, son vaxtlar “Spartak”ın qapıçıları məni çox heyran etmir. Görünür, yığmanın rəhbərliyi ona heyətdə baxmaq qərarına gəlib, psixoloji durumunun necə olması, müdafiəçilərlə münasibəti necədir. Mən də təəccüblənirəm ki, Lantratov milli komandaya dəvət olunmayıb”, - deyə Çanov bildirib.

Martda Rusiya yığması iki yoldaşlıq oyunu keçirəcək. Martın 21-də Valeri Karpinin komandası Serbiya millisi ilə , martın 25-də isə  Paraqvayla qarşılaşacaq . Hər iki oyun Moskvada baş tutacaq  . Ruslar 2022-ci il dünya çempionatının pley-off mərhələsini buraxıblar və qarşıdan gələn Avropa çempionatını buraxacaqlar.
Ayxan 

Loading...

Oxşar Xəbərlər