SOSIAL 20 XƏBƏR

Anar Bayramovun sədri olduğu agentlik yenidən məhkəməyə verildi - Vətəndaş pensiya ala bilmədiyi üçün…

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən məhkəməlik olub.

32gun.az xəbər veirr ki, ƏLİQULUYEV PƏNAH KAMAL Oğlu adlı vətəndaş Şəki İnzibati Məhkəməsinə müraciət edib. 

Hakim Fərid İsmayılzadənin  sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatı üzrə məsələlərdir.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.

Onunda bildirək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli ilə bağlı bu cür məhkəmə işi iok dəfə baş vernir. Dəfələrlə pensiya ala bilməyən şəxslər məhkəməyə üz tutub. 

Ayxan

Loading...

Oxşar Xəbərlər