SOSIAL 20 XƏBƏR

Nitq qabiliyyətini itirən şəhid anası ÇARƏSİZ VƏZİYYƏTDƏ QALIB (VİDEO)

Birinci Qarabağ Döyüşlərində şəhid olmuş Məmmədov Faiq Fərman oğlunun anası Ağstafa rayon Həsənsu kəndi sakini Məmmədova Xatın çarəsiz vəziyyətdədir.

32gun.az xəbər verir ki, Xatın ana övladı Fərman Məmmədovdan başqa daha iki övladını faciəvi şəkildə itirib.
Onların övladlarının da himayəsi Xatın Məmmədovadadır.

Övladlarını itirən ana danışma qabiliyyətini də itirdiyi üçün müraciətini qardaşı yoldaşı səsləndirib.

Müraciətdə bildirilib ki, haqqı olan ev illərdir X.Məmmədovaya təqdim edilməyib. 
Bildirilir ki, bu problemlə bağlı lazımı qurumlara məktub ünvanlanıb. 

Hətta  qurumlardan Ağstafa Rayon İcra Hakimiyyətinə məsələnin həlli üçün tapşırıq verilib. Lakin icra orqanı da problemin həll üçün  əncam çəkməyib. 
Ağstafa Rayon İcra Hakimiyyətindən “növbəni gözlə” deyə cavab verilib. Bununla da vaxt itkisinə səbəb olurlar.
Çarəsiz ana lazımı qurumlardan ona köməklik göstərilməsini tələb və xahiş edir.
Həmin video müraciəti təqdim edirik:

Ayxan 

 

Loading...

Oxşar Xəbərlər