SOSIAL 20 XƏBƏR

Məleykə Abbaszadənin rəhbəri olduğu DİM-ə 202 min AZN-lik yemək alına bilər

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az bildirir ki, tenderin qalibi "TAİS İKF" MMC olub.

Tərəflət arasında 201.662 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan TAİS İKF" MMC-nin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir. 

Ayxan

Loading...

Oxşar Xəbərlər