DÜNYA 20 XƏBƏR

5 ay öncə itkin düşən kişi tapıldı - Ağac qabığı və çiy balıq yeyib (VİDEO)

Çukotkada beş aydır özü ilə bağlı məlunat verməyən  bir şəxs tapılıb.

32gun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Məlum olub ki, 70 yaşlı təqaüdçünün uzun müddət öncə itkin düşməsi barədə həyat yoldaşı tərəfindən hüquq-mühafizə orqanlarına xəbər verilib.
Kişi əvvəllər də bir neçə ay qohumları ilə əlaqə saxlamadan balıq tutmağa gedib.

Bildirilir ki, o əvvəllər olduğu kimi payızda səfərə çıxıb və Yeni il üçün gəlməli idi. Amma bu dəfə geri qayıtmayıb. Bir müddət sonra itkin düşən şəxsin həyat yoldaşı polisə xəbər verib.

Polis həmin şəxsi kənddən 150 km uzaqlıqda  tapıb.

“O, taqətdən düşmüşdü, ərzqğı isə bir ay əvvəl qurtarıbmış. Təqaüdçü ağac qabığı və çiy balıq yeyirmiş. Evə getməyə cəsarət etməyib, çünki  hava çox soyuq olub" deyə Volk bildirib.

Qeyd edilib ki, kişinin tibbi yardıma ehtiyacı olmadığı üçün onu evə gətiriblər.

Ayxan

 
Loading...

Oxşar Xəbərlər