İDMAN 20 XƏBƏR

Rusiyalı idmançı terror aktından sonra “Krokus”un dağıntılarını təmizləməyə kömək edib

Moskvanın “Slava” klubunun reqbi oyunçusu Anastasiya Semak terror aktından sonra dağıdılan "Crocus City Hall"da dağıntıların təmizlənməsi işlərindən danışıb.

32gun.az bildirir ki, onun açıqlaması Rusiya Reqbi Federasiyasının (RFR) rəsmi saytında verilib.

“Orada iki gün yeddi saat işlədim, bizi bazar və çərşənbə axşamı çağırdılar. Dağıntıların təmizlənməsi və qurbanların axtarışı işi çətin idi.

Dağılma təhlükəsi səbəbindən iş bir neçə dəfə dayandırıldı, ərazi sadəcə böyük idi. Şəkillərə və videolara baxmaq bir şeydir, amma içəri girəndən sonra tamam başqa məsələdir.

Bu qədər illik işdən sonra yəqin ki, bu, ən ağır obyektdir”, - deyə Semak bildirib.

Xatırladaq ki, Martın 22-də Crocus City ticarət mərkəzində terror aktı baş verib . Əvvəlcə atışma olub, sonra hücumçular konsert salonuna od vurublar. Onların hamısı saxlanılıb.

Qeyd edək ki, Semak həvəskarlar liqasında çıxış edir. O, həmçinin Kubinkadakı 245-ci yanğınsöndürmə məntəqəsinin yanğın və xilasetmə mərkəzində könüllüdür. Qızın dediyinə görə, 13 yaşında yaxın adamını itirib və xilasedici olmaq qərarına gəlib.

Semak sambo, cüdo və reqbi üzrə idman ustalığına namizəddir. Müxtəlif vaxtlarda "Slavyanka", "Spartak", "TsSP Krylatskoye", "Torpedo" və "Trudovye Reservy" kimi klublarda çıxış edib. VVA-Podmoskovye komandasının tərkibində o, Rusiya Reqbi-15 Çempionatının qalibi olub.

Ayxan 

Loading...

Oxşar Xəbərlər