DÜNYA 20 XƏBƏR

Krokusda törədilən terror aktı qurbanlarının sayı artaraq 143 nəfərə çatıb

Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktı qurbanlarının sayı artaraq 143 nəfərə çatıb.

32gun.az bildirir ki, bu, Fövqəladə Hallar Nazirliyinin açıqladığı ölənlərin yenilənmiş siyahısında məlumat verilib.
Martın 27-də günorta saatlarında səhiyyə naziri Mixail Muraşko qurbanlardan birinin öldüyünü açıqlamışdı. Həmin vaxt daha dörd nəfərin vəziyyəti ağır olub.
Həmçinin 19 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağırdır , 23 nəfər isə xəstəxanadan buraxılmağa hazırlaşır.
Muraşkonun sözlərinə görə, ümumilikdə 76 zərərçəkən xəstəxanalardan buraxılıb, 205 xəstəyə ambulator yardım göstərilib.
Nilay

Loading...

Oxşar Xəbərlər