DÜNYA 20 XƏBƏR

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman 90 yaşında vəfat edib.

32gun.az bildirir ki, bu barədə “The Washington Post” alimin qızı Debora Treysmana istinadən məlumat yayıb .

Kahneman davranış iqtisadiyyatı və perspektiv nəzəriyyəsinin müəlliflərindən biri kimi tanınıb. Bu nəzəriyyə qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edir.

Həmçinin, Kamenam elmi araşdırmalar zamanı insanların son hadisələrin təsiri altında hərəkət etmək və tələsik nəticələr çıxarmaq ehtimalının daha yüksək olduğuna inanaraq, Homo ekonomikus (“iqtisadi insan”) konsepsiyasını fəal şəkildə tənqid etmişdir.
Ayxam

Loading...

Oxşar Xəbərlər