DÜNYA 20 XƏBƏR

Tacikistanda “Krokus” terrorçularının qohumları dindirilir

Bir neçə gündür Tacikistanda Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücum edən terrorçuların yaxınlarının dindirilməsi davam edir.

32gun.az xəbər verir ki,  bu barədə RİA Novosti məlunat yayıb .

Agentliyin Tacikistanın təhlükəsizlik güclərindəki mənbəsinin sözlərinə görə, terror aktında ittiham olunanların hamısı Rusiyaya getməzdən əvvəl  respublikanın paytaxtı Düşənbə yaxınlığında - Vəhdət, Hisar şəhərləri və Rudəki vilayətində yaşayıblar.

Eyni zamanda, mənbə Tacikistan sakinləri arasında iş üzrə yeni şübhəlilərin olmadığını da dəqiqləşdirib.

Martın 22-də axşam Krasnoqorskdakı Crocus City Hall binasında  terror aktı baş verib . Müstəntiqlərin fikrincə, "Piknik" qrupunun çıxışından əvvəl avtomatlarla silahlanmış 4 nəfər ziyarətçilərə atəş açıb, daha sonra hücumu konsert məkanının daxilində davam etdirib.

Konsert zalının tamamilə yanması da daxil olmaqla, binada güclü yanğın da baş verib. İstintaq Komitəsinin məlumatına görə , cinayətkarlar bu məqsədlər üçün benzindən istifadə ediblər.

Xatırladaq ki, Martın 23-də səhər saatlarında terror aktında şübhəli bilinən dörd nəfər  Bryansk vilayətində saxlanılıb , ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Daha sonra terrorçuların qaçmaq üçün istifadə etdiyi avtomobilin satışı ilə bağlı iş üzrə daha üç müttəhim həbs edilib.
Nilay

Loading...

Oxşar Xəbərlər