DÜNYA 20 XƏBƏR

“Son 40 ildə mahnı sözləri daha sadə və daha qəzəbli olub“ - Alimlərin araşdırması

Nürnberq Musiqi Universitetinin alman alimləri 1980-ci ildən 2020-ci ilə qədər nəşr olunan ingilis dilində mahnıların 12 mindən çox sözünü təhlil ediblər. Onlar qeyd ediblər ki, son dörd onillikdə musiqi əsərlərində ədəbi komponent təkrarların çoxluğuna görə xeyli sadələşib və bir qədər də yeknəsək olub. 32gun.az bildirir ki, tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub .

Mütəxəssislərin işi rep, pop, kantri, ritm və blüz (RnB) və rok janrlarında olan kompozisiyaları əhatə edirdi ki, onların hər biri 2,4 min trek təşkil edir.

Təhlil göstərdiyi kimi, ümumiyyətlə, mahnının sözləri daha asan qavranılır. Tədqiqat başqa bir tendensiya üzə çıxardı: musiqi əsərlərinin mətn məzmunu zaman keçdikcə daha fərdi və emosional yüklənmişdir.

Məsələn, rep və hip-hop janrlarının müəllifləri həm emosional baxımdan müsbət, həm də mənfi söz və birləşmələrdən daha çox istifadə etməyə başlayıblar. Eyni zamanda pop, kantri və RnB musiqilərində neqativ sözlər artıb. Bundan əlavə, bütün janrlarda qəzəblə əlaqəli sözlərin sayında nəzərəçarpacaq artım müşahidə edilib.

Alimlər həmçinin müəyyən ediblər ki, rok musiqi həvəskarları daha çox sevdikləri janrda köhnə mahnılara üstünlük verirlər, kantri həvəskarları isə bu janrın yeni ifaçılarına daha çox maraq göstərirlər.
Nilay

Loading...

Oxşar Xəbərlər