İDMAN 20 XƏBƏR

Tarasova BOK rəhbərinin Rusiya ilə bağlı açıqlamalarını vicdansızlıq adlandırıb

SSRİ-nin fiqurlu konkisürmə üzrə əməkdar məşqçisi Tatyana Tarasova Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın təşkilatın Rusiya və Ukrayna tərəflərinin 2024-cü il Yay Olimpiya Oyunlarını boykot etməməsini təmin edə bildiyini bildirən sözlərinə cavab verib.

32gun.az bildirir ki, onunnbu barədə açıqlamasını Rusiyanın  “Sports” Express” nəşri yayıb.

“İnanıram ki, idmançılarımızın Olimpiadada iştirak şərtləri digərlərindən fərqlidir. Bu, haqsızlıq, vicdansızlıq və çirkinlikdir! İştirak şərtləri hamı üçün eyni olmalıdır. Olimpiadaya buraxılmağımıza mane olmaq üçün heç nə etmədik, Bax bunu bilməlidir”, - deyə Tarasova bildirib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK bildirib ki, Oyunlarda iştirak etmək üçün Rusiya idmançılarından Olimpiya Xartiyasına, o cümlədən “Olimpiya hərəkatının dinc missiyasına” hörmət etmək öhdəliyini özündə əks etdirən yenilənmiş iştirak şərtlərini imzalamaları tələb olunacaq. Medal hesabında Rusiya və Belarus idmançıları  mübarizə aparmayacaq.

Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Nilay

Loading...

Oxşar Xəbərlər