İDMAN 20 XƏBƏR

Futbolçunu zorla öpən İspaniya futbolunun keçmiş rəhbəri özünə kola ala bilmir

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti, korrupsiyada ittiham olunan Luis Rubiales bildirib ki, hətta "cola" almağa belə imkanı yoxdur .

32gun.az bildirir ki, məlumatı "Marca" nəşei yayıb. 

“Dünən mənim hesablarım Dominikan Respublikasında , dörd-beş gün əvvəl isə  İspaniyada bloklanıb  . İndi bütün hesablarım bloklanıb. "Cola" almağa belə imkanım yoxdur" deyə Rubiales bildirib. 

Qeyd edək ki, 2023-cü ildə Rubiales böyük bir qalmaqalla üzləşdi. İspan komandasının İngiltərə yığmasını məğlub etdiyi (1:0) DÇ-2023 finalından sonra mükafatlandırma mərasimi zamanı o, millinin qələbəsinə sevinərək, futbolçu Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb .

Beynəlxalq Futbol Federasiyası (FİFA) məmura qarşı intizam işi açıb . Sentyabrın 11-də ictimai təzyiq altında Rubiales vəzifəsini tərk etməli olub.

Aprelin 3-də Rubiales İspaniyada hava limanında saxlanılsa da, hüquq-mühafizə orqanları onu bir neçə saatdan sonra buraxıblar. İspaniya prokurorluğu Luis Rubialesin həbsinə order verib. Qərar , İspaniya Superkubokunun ev sahibliyi hüququnun bu ölkəyə ötürülməsini nəzərdə tutan Səudiyyə Ərəbistanı ilə müqaviləyə görə RFEF-in binasında axtarış aparıldıqdan sonra verilib  . Söhbət korrupsiya və çirkli pulların yuyulmasından gedib.

Ayxan 

Loading...

Oxşar Xəbərlər