İDMAN 20 XƏBƏR

Jiqulev Polşadakı rusofobiya haqqında danışıb

"Pari NN" klubunun yarımmüdafiəçisi İlya Jiqulev 24 fevral 2022-ci ildən sonra Polşada rusofobiyanın necə təbliğ olunduğundan danışıb.

32gun.az bildirir ki, onun açıqlamasını Rusiyanıb "Sport24" nəşri yayıb.

“Ora yalnız futbol haqqında düşünərək getdim - siyasi məsələlər məni qətiyyən maraqlandırmırdı. Mən həmişə əmin olmuşam və olacam ki, pis millət yoxdur, yalnız pis insanlar var. Polşada əvvəlcə hər şey əla idi. Amma sonra nəsə baş verdi.

Sonra həyat yoldaşım və oğlum üçün qorxu hissi yarandı. İki həftəyə yaxın mənzildən çıxmadıq. Fevralın 24-dən sonra Polşada internetdə rusofobiya başladı. Polşa televiziyasında ruslara nifrət açıq şəkildə təbliğ olunurdu" deyə Jiqulev bildirib. 

Qeyd edək ki, Jiqulev 2021-2022-ci illərdə "Zaqlebie"də çıxış edib. Onunla daha bir rusiyalı futbolçu Yevgeni Başkirov çıxış edib. 

 Əvvəlcə Evgeni klubdan ayrılın, bir müddət sonra polyaklar Ukraynada baş verən hadisələrdən sonra İlya ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etmək qərarına  gəliblər .

Jiqulev Krasnodarın məzunudur. 2022-ci ilin sentyabrından yarımmüdafiəçi "Paris NN"də çıxış edir.

Ayxan

Loading...

Oxşar Xəbərlər