SOSIAL 20 XƏBƏR

Gömrük komitəsi “Damla Mebel”ə protokol yazdı - SƏBƏB

Dövlət Gömrük Komitəsi (DGK) “Damla Mebel” MMC barəsində inztibati protokol tərtib edib.
32Gun.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur. 
İşə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Ayxan 

Loading...

Oxşar Xəbərlər