İDMAN

Azərbaycan çempionatının qalibi 9 yaşlı gimnast Murad Həsənlinin yeni uğurları - FOTOLAR

Bakıdakı Məktəb Lisey Kompleksinin 3-cü sinif şagirdi olan Murad Həsənli növbəti qələbəyə imza atıb.

32gun.az bildirir ki, yeniyetmə gimnastımız aprelin 10-da "Ocaq Daxili Birinciliyində” iştirak edib və  fərdi çıxışlar üzrə gümüş, sinxron çıxışlar üzrə bürünc medal əldə edib. 

həmin yarışda Azərbaycan gimnastları ilə bərabər Gürcüstandan, Qazaxıstandan, Latviyadan və Sloveniyadan gimnastlar çıxışlarını nümayiş etdirib. 

Qeyd edək ki Murad bundan öncə də dəfələrlə yarışlarda mükafatçılar sırasında yer almışdır. 

Belə ki, 15-16 fevral 2024-cü ildə Bakıda keçirilən 8 ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində sinxron çıxışlar üzrə komanda yoldaşı Əhməd Rəcəbovla birgə ən yüksək nəticəni göstərərək 1-ciliyə yüksəlmiş, 8-ci açıq Azərbaycan çempionu və  Açıq Bakı Birinciliyinin qalibi olub. 

6 yaşından batut gimnastika ilə məşğuldur. “Ocaq Sport” Klubunun gimnastıdır. “Ocaq Sport” gimnastikanın bütün növlərini özündə birləşdirən idman klubudur və 2023-cü ilin nəticələrinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman klubu” adına layiq görülmüşdür.

Muradın məşqçisi “Ocaq Sport” Klubunun peşəkar məşqçilərindən olan Aleksandra Əsgərovadır. 

Məşqçisinin sözlərinə görə Murad çox istedadlı, çalışqan və məqsədinə nail olan idmançıdır. Bu sahədə gələcəkdə böyük uğurlar qazana bilər. 

Muradın uğurları təhsil aldığı məktəbdə də həmişə sevinclə qarşılanır. Sinif rəhbəri Aygün xanım Məmmədova Muradın bütün qələbələri ilə fəxr etdiyini bildirdi. Müəlliməsinin sözlərinə görə Murad həmçinin riyaziyyat üzrə "Sasmo" beynəlxalq olimpiadasında gümüş, "Fiso" beynəlxalq olimpiadasında qızıl medal qazanaraq həm tədrisində həm də idmanında uğurlu olmağı bacaran nadir şagirdlərdəndir. Bu uğurlarına  görə məktəbin fəal şagirdləri arasında yer almaqdadır.

Ayxan 

Loading...

Oxşar Xəbərlər