SOSIAL 20 XƏBƏR

Məşhur “Azavtobus” MMC ilə əməkdaşı arasında maaş QALMAQALI - İş məhkəməlik oldu

Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye”(AOS) Şirkətinin Azərbaycandakı distribyutoru “Azavtobus” MMC məhkəməyə verilib.

32gun.az bildirir ki, BABAYEV ƏLİ OKTAY OĞLU  sözügedən şirkətlə bağlı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edib.

Hakim Leyla Talıbovanən sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək haqqı tələbi və Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələrdən ibarətdir.

AZAVTOBUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AĞADADAŞ QURBANOV, ev 91, qanuni təmsilçisinin Bağırov Laçın Mahmudoviç olduğu qeyd olunub.
Ayxan

Loading...

Oxşar Xəbərlər