SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah gecə saatlarında bu iki məlumatı əhaliyə çatdırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 823 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 627 nəfər müalicə olunaraq sağalıb, 9 968 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1 983, hazırkı dövrədək isə 7 351 681 test aparılıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 753 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 350, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 917529, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 919, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 528, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 522 nəfər təşkil edir.

Loading...

Oxşar Xəbərlər