DİGƏR 20 XƏBƏR

Ölüm riskini artıran yağlar siyahıda Azərbaycan da var

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təxminən 5 milyard insanın ürək xəstəliyi və ölüm riskinin artmasına səbəb olan zərərli trans yağlara qarşı müdafiəsiz qaldığını açıqlayıb. 

32gun.az xarici KİV-ə istinadən bildirir ki, bu sahədə irəliləyişlərə baxmayaraq, dünyada 5 milyard insan hələ də trans yağların sağlamlığa dağıdıcı təsirləri riski altında yaşayır.

Sənayedə istehsal olunan trans yağlar tez-tez qablaşdırılmış qidalarda, unlu məhsullarda və yemək yağlarında olur.

Mütəxəsasislərin sözlərinə görə, Trans yağ istehlakı ürək-damar xəstəliklərindən hər il dünyada təxminən 500.000 vaxtından əvvəl ölümə səbəb olur. Trans yağ istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən 9-da bu narədə yaxşı profilaktika siyasəti həyata keçirilmir.

Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir. ÜST bu mövzuda irəliləyiş əldə etmək üçün rəhbər proqram hazırlayıb, eyni zamanda ölkələrə trans yağları aradan qaldırlmasını tövsiyə edir.

Nilufər 

Loading...

Oxşar Xəbərlər