KRİMİNAL 20 XƏBƏR

Hava limanında işləyən qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandı (FOTO)

Türkiyədə dəhşətli qətl hadisəsi yaşanıb.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, cinayət Antalya şəhərində baş verib.

Ayşegül Şimşək adlı qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb. Belə ki, hadisənin mübahisə nəticəsində baş verdiyi ortaya çıxıb. Bıçaqlanan qadın xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalardan sonra qadının həyat yoldaşından 3 il əvvəl boşandığı müəyyən edilib. Həmçinin, qətl törədən şəxs barəsində bir müddət öncə "uzaqlaşdırılma" qərarı çıxarılıb. Buna səbəb, onun Ayşegül Şimşəyi narahat etməsi olub. Bildirək ki, boşanan cütlüyün 6 yaşlı oğlunun olduğu da öyrənilib.

Qeyd edək ki, qətl edilən Ayşegül Şimşək Antalya Hava Limanında bilet satıcısı vəzifəsində çalışıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər