SOSIAL

Ağasəlim Şükürov vəfat etdi

Tanınmış diplomat Ağasəlim Səmədağa oğlu Şükürov bir müddətdir əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

32gun.az axar.az-a istinadən bildirir ki, bu barədə "Marja"ya mərhumun yaxınları məlumat verib.

O, 9 sentyabr 1963-cü ildə anadan olub. Ağasəlim Şükürov 1993-cü ildən Xarici İşlər Nazirliyində işləyib, 2010 - 2014-cü illərdə Liviyada, 2015- 2022-ci illərdə isə Livanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Ağasəlim Şükürov Azərbaycan Prezidenti tərəfindən medal ilə təltif olunub. O, 30-dan çox dövlətdə ölkəmizi təmsil edib.

Loading...

Oxşar Xəbərlər