KRİMİNAL 20 XƏBƏR

Keçmiş hərbçi "Azəriqaz"a işə düzəltmək adı ilə 8000 manat pul alıb...

"Azəriqaz"a işə düzəltmək adı ilə tanışından 8000 manat pul alan keçmiş hərbçiyə cəza kəsilib.

32gun.az-ın məlumatına görə, Elsəvər (şərti) tanışı Cavidi (şərti) 2020-ci il tarixdə onu «Azəriqaza» işə düzəltmək üçün 8000 manat pul alıb və 20 gün ərzində işə başlayacağını bildirib. 

Cavabdeh bu barədə öz xətti ilə hərbiçi vəsiqəsinin surətinə qəbz yazıb ona verib. Lakin vaxt keçməsinə baxmayaraq onu işə düzəltməmiş və pulunu qaytarmayıb. Bundan sonra cavabdehdən polisə şikayət edib. Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılmış və 15 iyul 2021-ci il tarixli qərarla cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilib. 

Şikayətçi bildirib ki, hazırda da cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və pulu qaytarmaqdan boyun qaçırır. 

Məhkəmə iclasında Elsəvər iddia tələbini qismən qəbul edərək izahatında göstərib ki, uzun müddət hərbiçi kimi müxtəlif hərbi hissələrdə xidmətdə olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. İddiaçı ilə əvvəllər hər hansı tanışlığı və yaxın münasibəti olmayıb. Cavidlə xidmət yoldaşları vasitəsi ilə tanış olub. Təxminən 2020-ci ilin may ayında təcili pula ehtiyacı olduğu üçün iddiaçıdan 600 manat məbləğində faizə borc pul götürüb, lakin işdən çıxarıldığından borcunu qaytara bilməyib. Hazırda o, müharibə veteranı kimi 80 manat təqaüd alır və başqa qazancı yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edib. 

Məhkəmənin qərarı ilə, keçmiş hərbçi olan Elsəvərdən 600 manat məbləğində borcunu, 3 manat notariat hərəkətlərinə görə pul və ödənilmiş dövlət rüsumunun 30 manatı tutularaq şikayətçi Cavidə ödənilməsi qərarı verilib.

Ayxan 

Loading...

Oxşar Xəbərlər