SOSIAL

"Şuşa şəhəri minalardan tam təmizlənib" - Polis rəisi

"Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar".

32gun.az xəbər verir ki, bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.

"Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı hardasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşaiyət edən polis əməkdaşlarına dərhal bildirin", - o bildirib.

Loading...

Oxşar Xəbərlər