SOSIAL 20 XƏBƏR

İctimai TV və Radio Yayımları Şirkəti "İnfiniti Q-56" üçün 10 manatlıq şirkətlə anlaşdı - 211 min manatlıq

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və illik texniki servis xidmətinin satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi olan "İNOVA MÜHƏNDİSLİK VƏ TƏDRİS" MMC ilə müqavilə imzalayıb. 

32gun.az-ın məlumatına görə, müsabiqənin məbləği 210.857,74 AZN-dir. 

Tenderə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti İnfiniti Q-56 (Premium 5600 SM3 - 2010-cu il)  üçün 20 litr Mühərrik yağı 5W40, 10 litr Sürət qutusunun yağı, 3 ədəd Yağ filtri, Hava filtri, Benzin filtri (dəst olur bakda), Kondisioner filtri, Sürət qutusunun filtri və.s ilə təmin olunmalıdır. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan qalib MMC-nin qanuni təmsilçisi OZKAN CAKAR adlı şəxsdir. 

Xatırldaq ki, "İnfiniti Q-56" 2010-cu il model avtomobilinin bazar dəyəri 37 min manatdan başlayır.

Ayxan 

 

 

Loading...

Oxşar Xəbərlər