SOSIAL 20 XƏBƏR

Qoşqar Təhməzli “monitor”, “Touch Table” alır - 191 min manata …

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Aqta-nın və regional bölmələrinin iş dayanıqlığının təmin edilməsi üçün server və periferiya qurğularının satın alınması" ilə bağlı elan etsiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "SKYTECH İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında 190.800,1 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən AQTA 4K Interactive Touch Table (4K smart touch table), LED monitor 2.4m(W) x 2.025m(H) (komplekt şəkildə), 65 inch LCD divar monitoru, Məlumat saxlama serveri (Storage), Rack kabin 9U, Server otağı üçün təhlükəsizlik avadanlığı ilə təmin olunmalıdır.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan SKYTECH İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi LEYLA HÜSEYNOVA Elçin qızıdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir. 
Ayxan

Loading...

Oxşar Xəbərlər