SOSIAL 20 XƏBƏR

Prezident tanınmış siyasətçi ilə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev "Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, tanınmış siyasətçi Arzuman Abdulkərimovla bağlı sərəncam imzalayıb.

32gun.az xəbər verir ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamla A.Abdulkərimov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi  (1923-2023)" yubiley medalı ilə təltif olunub.

Özü bu barədə açıqlama verib:

"Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olundum.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, Heydər Əliyev kimi siyasət nəhənginin  adını daşıyan medala layiq görülmək  çox qürurvericidir.
Təşəkkür edirəm Cənab Prezident!"- deyə o əlavə edib.

Ayxan

Loading...

Oxşar Xəbərlər