SOSIAL

Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı, xəstəxanaya yerləşdirildi

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

32gun.az manset.az-a istinadən xəbər verir ki, general-leytenant Ə.Əhmədov bu gün günorta saatlarında həbsdən azad edilib.Hazırda vəziyyəti pis olduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilib.

Bildirək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov bu günlərdə azad olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.O, 2017-ci ildə vəzifəsindən azad olunduqdan sonra həbs edilib.

Loading...

Oxşar Xəbərlər