DÜNYA 20 XƏBƏR

86 yaşlı təqaüdçü polis arvadını və oğulunu güllələyərək öldürdü (FOTO)

Əskişəhərin İnönü mahalında yaşayan təqaüdçü jandarma əməkdaşı 86 yaşlı Mehmet Aslan mübahisə etdiyi 84 yaşlı həyat yoldaşı Fadime Aslanı tapança ilə güllələyib.

32gun.az Türkiyə KİV-nə istinadən bildrir ki, Aslan daha sonra Biləcikin Bozüyük mahalına gedərək Yenimahalledə yaşayan oğlu Erol Aslanı (60) yaşadığı evdə güllələyib.

Digər oğluna zəng edərək evə çağıran Mehmet Aslan oğlu Osman Aslanı mənzilin girişində tapança ilə güllələyib və onu ağır yaralayıb. Hadisəni törətdikdən sonra mənzildən çıxan Mehmet Aslan polis əməkdaşları tərəfindən rayon ərazisindəki avtobus dayanacağında saxlanılıb. 

Həkim müayinəsindən sonra Polis bölməsinə aparılan Aslan İnönüdə həyat yoldaşını öldürdüyünü də etiraf edib. Yaralı Osman Aslan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Bölmədə ifadəsi alındıqdan sonra 86 yaşlı Mehmet Aslanməhkəməyə sövq edilib.  Aslan  “həyat yoldaşını qəsdən öldürmə” və “övladlarına qarşı qəsdən adam öldürmə” ittihamları ilə həbs edilib.  Həmin şəxsin əsa dəstəyi ilə dayandığı və yeriməkdə çətinlik çəkdiyi diqqətdən yayınmayıb. 

Hadisəni törədən qoca bölmədəki ifadəsində "Oğullarım 10 ildir ki, analarına tayrılmağımız üçün basqı edirlər. Həyat yoldaşım birlikdə intihar etməyi təklif etdi və biz bunu planlaşdırırdıq. Daha sonra həyat yoldaşım onu ​​incitmədən öldürməyimi istədi. Mətbəxdə qab yuyan zaman arxadan gəlib onun başına atəş açdım. Hətta həyat yoldaşım üçün namaz qıldım. Mən intihar etməkdən imtina etdim. Sonra bu işə səbəbkar olan oğullarımı öldürmək üçün onların yaşadıqları yerə getdim. Erolu evində tapançamla vuraraq öldürdüm. Sonra zəng edib digər oğlum Osmanı evə çağırdım. Onu mənzilin qapısında gözlədim. Qapını açıb içəri girəndə onu tapançamla vurdum" deyə bildirib. 

Nilufər 

Karısını ve oğlunu öldüren 87 yaşındaki şahsın ifadesi kan dondurdu: Eşim ölürken 'Canım acımasın' dedi

Loading...

Oxşar Xəbərlər