SOSIAL VİDEO

Bakının mərkəzində peyda olan tülkü təhlükə yarada bilər - Uşaqlara böyüklərə... (VİDEO)

Xəbər verdiyimiz kimi, dünən gecə 00:30 radələrində Elmlər Akademiyası metrosu Hüseyn Cavid parkı yaxınlığında tülkü peyda olub. Türkünün əhalinin sıx olduğu ərazidə, şəhərin mərkəzində görünməsi hər kəsdə maraq doğurub. 

Məsələ ilə bağlı Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycandakı nümayəndəsi Elşad Əsgərovla əlaqə saxladıq.  

32gun.az-a danışan E.Əsgərov bildirdi ki, tülkülər quduzluğun əsas daşıyıcısı olur və  insanlar üçün təhlükə mənbəyinə çevrilə bilər:

Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri

"Tülkülər Bakıda çoxdan məskunlaşıb. Onlara şəhərin bir çox yerlərində rast gəlmək mümkündür.

Bu heyvanları şəhərə cəlb edən əsas səbəb məişət tullantılarıdır. Tülkülər quduzluğun əsas daşıyıcılarıdır. Yəni, təhlükəli anların yaşanması istisna hal deyil. Quduz olmuş tülkülər uşaqlara və hətta böyüklərə də hücum çəkə bilər. Bu kimi halların aradan qaldırılması üçün ilk növbədə "Zoologiya İnstitutu" tərəfindən tədqiqat aparılmalı, daha sonra tədbir görülməlidir".

Nurlan Şiraliyev

Həmçinin oxu: Bakıda parkda tülkü peyda oldu - Görənlər ŞOKA DÜŞDÜ (VİDEO) 

Loading...

Oxşar Xəbərlər