
Hakkarinin Yüksekova bölgəsində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, M.D. adlı gənc park edilmiş avtomobilin sürücü oturacağında başından güllələnmiş halda ölü tapılıb. Onun cansız bədənini maşında qan içində görən ətrafdakılar dərhal polis və səhiyyə əməkdaşlarına xəbər verib.
Hadisə yerinə ilk gələn polislər dərhal təhlükəsizlik zolağı çəkib.
Səhiyyə əməkdaşları isə M.D.-nin cansız cəsədini yarılması üçün Yüksekova Dövlət Xəstəxanasına aparıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan